Deputat Məşhur Məmmədov: Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır, yoxsa…backend

Deputat Məşhur Məmmədov: Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması avantüradır. Paşinyan hakimiyyətini həvəsləndirən Qərbdəki tərəfdaşları Cənubi Qafqazda gərginlik ocağı yaratmağa hazırlaşırlar. Aylardır ki, şərti sərhəddə sabit vəziyyətdir, atəşkəs demək olar pozulmur, indisə regiona müdaxilə edən kənar qüvvələr yenidən qarşıdurma üçün tətikləyici addımlar atırlar. Amma Ermənistanın siyasi və hərbi rəhbərliyi ağlını başına yığmalıdır”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Deputat Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatla əlaqədar qeyd edib ki, əgər İrəvan sərhədə topladığı hərbi texnikanı növbəti toqquşmaya hazırlıq üçün həyata keçirirsə, bədəlini ağır ödəyəcək. Millət vəkilinin sözlərinə görə, regionda altılıq platformasının reallaşması imkanları var və Ermənistan bundan yayınaraq Avropa Birliyi və ABŞ-nin əsirinə çevrilməkdədir: “Ona görə qeyd edirəm ki, Ermənistan rəhbərliyi ağlını başına yığmasa, Azərbaycanın ağır cavabı ilə üzləşəcək. Əgər sərhəddə hər hansı hərbi təxribata yol veriləcəksə, Ordumuz ermənilərin başını əzəcək. Sonuncu dəfə erməni snayperin Zəngilan istiqamətində sərhədçimizə atəş açmasına hansı cavab verildiyini yada salsınlar. Qoy bilsinlər ki, bu dəfə daha pis cəza tədbirləri görüləcək. O baxımdan Paşinyan iqtidarı avantüraya getməməlidi. Bilməlidir ki, Qərbdə olan güc mərkəzləri ondan istifadə edir, regionda dayanıqlı sülhə əngəl olurlar”.
M.Məmmədov hesab edir ki, aprelin 5-də gözlənilən üçtərəfli müzakirələr hərbi paktın imzalanması ilə yekunlaşarsa, Ermənistan siyasi və hərbi ölümünə imza atmış olacaq: “Bu addımlar təhlükəlidir və odla oynamaqdır. İrəvan sülh prosesinə zərbə vurmuş olacaq. Mən güman edirəm ki, Paşinyan Azərbaycanla sülh sazişinə xələl gəlməsini istəmirsə, bu avantüraya getməz. Digər tərəfdən, Rusiyanın ona hansı reaksiya verəcəyini hesablamalıdır. Fikrimcə, üçtərəfli bəyanatda yer alan müddəalar və öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməlidir, İrəvanın başqa çıxışı yoxdur”.

Roman