Deputat Məşhur Məmmədov: “Cənab İlham Əliyev hər zaman gənclərə dəstək olub, bu gün Qarabağda tarix yazmış bir yeni nəsil var”

Deputat Məşhur Məmmədov: “Cənab İlham Əliyev hər zaman gənclərə dəstək olub, bu gün Qarabağda tarix yazmış bir yeni nəsil var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövlətinin, cənab prezident İlham Əliyevin siyasətində hər zaman gənclər xüsusi yer tutur. Ölkə başçısı gəncliyə həmişə dəstək olur, onların inkişafı, problemlərinin həlli üçün proqramlar hazırlanır. Eyni zamanda, gənclərin sağlam yetişməsi üçün dövlət tərəfindən bütün addımlar atılır”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov 2 fevral – Gənclər Günü ilə bağlı deyib. Millət vəkili bildirib ki, bu gün gənc idmançıların inkişafı, uğurları, beynəlxalq yarışlarda qələbələri üçün prezident tərəfindən bütün diqqət və qayğı göstərilir. Həmçinin, gənclərin sosial-iqtisadi, mənzil şəraitinin yaxşılaşması, işlə təmin olunmasına dövlət dəstək verir. M.Məmmədov hesab edir ki, gənclərin müxtəlif vəzifələrdə irəli çəkilməsi, onlara yüksək postların verilməsi də prezidentin gəncliyə olan etimadı, onlara verdiyi dəyərdir: “Bu gün gənc icra başçıları, gənc nazirlər, komitə sədrləri, müxtəlif strukturlarda yüksək pillədə olan gənclərimiz var. Xüsusən də 2018-ci ildən sonra prezident tərəfindən gənclərin vəzifələrdə irəli çəkilməsi prosesi başlandı. Bu gün onlar da etimadı doğruldur, dövlətin idarəçiliyində iştirak edirlər. Ulu öndər Heydər Əliyev də rəhbərliyi dönəmində hər zaman gənclərə qayğı göstərib”. Deputat qeyd edib ki, prezidentin də dediyi kimi, vətənpərvər bir nəsil yetişdi və onlar Qarabağı azad etdi: “Cənab İlham Əliyev bildirib ki, bu illər ərzində Qarabağı heç zaman görməyən bir yeni nəsil yetişdi, vətənpərvər ruhda böyüdülər və 44 günlük Vətən müharibəsinə böyük həvəslə getdilər. Onlar şəhid oldular, qazi oldular və bu, bizim gəncliyin nə qədər möhtəşəm olduğunu göstərir. Bu gün Qarabağda tarix yazmış bir qürurlu yeni nəsil var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”