backend

Deputat federasiya prezidenti seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq və Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib. 

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq və Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib.

Nazir uşaq futbolunun inkişafının önəmindən danışıb. Qeyd edib ki, ölkədə yeniyetmələr və gənclər arasında bu idman növünə maraq hər zaman yüksək olub. Nazir bu səbəbdən uşaq futbolunun inkişafının önəmli rol oynadığını vurğulayıb.

Sonra səsvermə nəticəsində deputat Rauf Əliyev Uşaq və Gənclər Futbol Federasiyasına prezident seçilib