backend

Deputat etiraz etdi: “Bu birmənalı olaraq mənfi hərəkətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa deputat həmkarı Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərə etiraz edib. 

Millət vəkili Fazil Mustafa deputat həmkarı Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərə etiraz edib.

TİA.AZ xəbər verir ki, F.Mustafa Rusiyada yaşayan azərbaycanlılara qarşı “otxod” sözünün işlədilməsinə mənfi münasibət bildirdiyini deyib.

Deputat bildirib ki, Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı “otxod” sözünün işlədilməsi birmənalı olaraq mənfi hərəkətdir:

“Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir. Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə, belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq inteqrasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır”.