Dəhşətli anlar, kəndi boşaltdılarbackend

Dəhşətli anlar, kəndi boşaltdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çanaqqalanın Ayvacık rayonunda meşə yanğını baş verib.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bir kənd ehtiyat tədbiri olaraq boşaldılarkən, alovlara havadan və qurudan müdaxilə edilib.

Çanaqqala valisi İlhami Aktaş və digər aidiyyatı qurumlarla birlikdə yanğın ərazisinə baxış keçirib.

Şəhərdə küləkli havanın hökm sürdüyünü bildirən Aktaş, “Çanaqqalada təəssüf ki, indi olduğumuz kimi küləkli hava hökm sürür. Təəssüf ki, bu küləkli havanın istiliyinin artması ilə meşə yanğınlarının sayı artıb”, – deyib.