De Byazi Azərbaycan millisi ilə müqaviləsini uzatmayacaqbackend

De Byazi Azərbaycan millisi ilə müqaviləsini uzatmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin baş məşqçisi Canni De Byazi yığmamızla AÇ-2024-ün seçmə oyunlarından sonra başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis ölkəsinin “Radio Crc” radiosuna açıqlamasında deyib: “Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam”.

Qeyd edək ki, AFFA De Byazi ilə ötən ilin sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb. Mütəxəssis 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdırır.