DÇ-2022: Qətər bu dəfə Seneqala uduzdubackend

DÇ-2022: Qətər bu dəfə Seneqala uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Dünya çempionatında ikinci turun oyunları başlayıb.
Tribunainfo.az-ın xəbərinə görə, “A” qrupunun ilk matçında mundialın ev sahibi Qətərlə Seneqal üz-üzə gəlib.

Şansları yüksək qiymətləndirilən son Afrika çempionu rəqibi üzərində inamlı qələbə qazanıb (3:1).

Görüşə gəlincə, ilk hissənin sonunda Seneqaldan Dia hesabı açıb. İkinci yarının əvvəlində Dyedyö üstünlüyü bir qədər də möhkəmləndirib. Qətərin heyətində Muntari fərqi azaltmaqla Dünya çempionatları tarixində yığmanın ilk qoluna imza atıb. 84-cü dəqiqədə Dayenq Seneqalın qələbə topunu vurub.

Beləliklə, Seneqal iki görüşdən sonra 3 xala malikdir.

25 noyabr
DÇ-2022
Qrup mərhələsi, II tur
A qrupu
17:00. Qətər – Seneqal – 1:3

Qol: Bulaye Dia, 41 (0:1), Famara Dyedyö, 49 (0:2), Sulley Muntari, 78 (1:2), Dayenq, 84 (1:3)

Qeyd edək ki, qrupun digər görüşündə Niderland-Ekvador münasibətlərinə aydınlıq gətirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.