“Daşkəsən Dəmir Filiz” 21 ehtiyat hissəsinə 124 min xərcləyəcək

“Daşkəsən Dəmir Filiz” 21 ehtiyat hissəsinə 124 min xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daşkəsən Dəmir Filiz” MMC daha bir tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, ötən həftə tenderi ləğv edilən MMC, bu dəfə laboratoriya cihazları üçün ehtiyat hissələrinin satın alınmasını həyata keçirəcək.
Rəsmi qaynaqlarda bildirilir ki, müsabiqənin qalibi “ZEMED TİBBİ ALƏTLƏR” MMC olub. “Daşkəsən Dəmir Filiz” bu şirkətə 21 ədəd ehtiyat hissələrinin alınması üçün 124.490 manat ödəyəcək. Söhbət JEOTEST JA-053/30-083 markalı labaratoriya avadnalığına alınacaq ehtiyat hissələrindən gedir.
Tenderin qalibi olmuş “ZEMED TIBBI ALƏTLƏR” MMC ilə bağlı Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, şirkət 2016-cı ildə yaradılıb. Tibbi və labaratoriya, habelə kimyəvi avadanlıqların satışı üzrə ixtisaslaşmış şirkətin ofisi Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 28 B(7 A) ünvanında yerləşir.
Maraqlıdır ki, MMC-nin rəsmi saytı olsa da (http://www.zemed.az/) onun rəhbəri ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.