ÇOX YUMURTA YEMƏYİN 5 TƏHLÜKƏLİ TƏRƏFİbackend

ÇOX YUMURTA YEMƏYİN 5 TƏHLÜKƏLİ TƏRƏFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusilə idman edənlərin sevimlisi, hər gün səhər yeməyində istifadə etdiyimiz zülalla zəngin yumurta çox istehlak edilərsə təhlükəyə çevrilər.

Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, mütəxəssislər hər gün iki yumurta yeməyin sağlamlıq üçün faydalı olduğunu deyirlər.

Beləliklə, lazım olduğundan daha çox yumurta yemək orqanizmə zərərlidir. Alimlər çox yumurta istifadə etməyin 5 təhlükəli tərəfini açıqladı.

Yumurtanın tərkibində 6 qram protein, yüksək miqdarda mono doymamış yağ, beyni gücləndirən kolin, həmçinin göz sağlamlığını dəstəklədiyi bilinən iki antioksidant olan lutein və zeaksantin var.

Ürək-damar xəstəlikləri və ya diabet riski olan insanlar yumurta istehlakını məhdudlaşdırmalı ola bilər.

Amerika Ürək Dərnəyi gündə bir yumurta istehlak etməyi tövsiyə edir.

Çox yumurta yesəniz həddindən artıq xolesterol istehlak edə bilərsiniz. Yumurtanın tərkibində yüksək miqdarda xolesterin var (təxminən 190 milliqram).

Eyni zamanda, çox yumurta yeməklə ürək xəstəliyi riskinizi artıra bilərsiniz. Əksər mütəxəssislər gündə bir yumurtanın ürək xəstəliyi riskini artırmadığını bildirir.

2019-cu ildə edilən bir araşdırmaya görə, gündə 300 milliqramdan çox xolesterol qəbul etməyi ürək-damar xəstəliyi riskinin 17 faiz və ölüm riskinin 18 faiz artması ilə əlaqələndirib.

Çox miqdarda yumurta yemək başqa bir xroniki vəziyyətin, diabetin inkişaf riskini artıra bilər. 2009-cu ildə edilən bir araşdırmada həftədə yeddidən çox yumurta yeyən insanların daha az yumurta yeyənlərə nisbətən 2-ci tip diabetə tutulma riski daha yüksəkdir.