Çexiya deputatlar palatasının sədrinin ölkəmizə səfərinə icazə verilməməlidir – Ekspert

Çexiya deputatlar palatasının sədrinin ölkəmizə səfərinə icazə verilməməlidir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya deputatlar palatasının sədrinin radikal şəkildə Azərbaycanı ittiham etməsi, Ermənistanın regionda blokadada qalmasına xidmət edir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyirsə, anti-Azərbaycan siyasətinə son verməsi tələb edilməlidir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Çexiya parlamentinin Deputatlar Palatasının sədri regiona səfəri çərçivəsində iki ölkə arasında sülhə dəstək vermək əvəzinə Azərbaycanı iddiham edib:

“Xanım M. Pekarova şəkildə Ermənistana dəstək verə bilər. Amma bu dəstəyi anti-Azərbaycan mövqeyi ilə ortaya qoyursa, rəsmi Bakı onun ölkəmizə səfərinə icazə verməməlidir.
Çexiya Azərbaycan əlaqələri daima normal müstəvidə inkişaf edib. Hətta Çexiyadan Azərbaycan müharibədən əvvəl silahlar tədarük edib. Çexiya deputatlar palatasının sədrinin radikal şəkildə Azərbaycanı ittiham etməsi, Ermənistanın regionda blokadada qalmasına xidmət edir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasını istəyirsə, anti-Azərbaycan siyasətinə son verməyi tələb edilməlidir. Ermənistana deyilməlidir ki, nə qədər Azərbaycana qarşı bu siyasət davam edəcəksə, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq”.