backend

Cennifer Lopezin Milad bayramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cennifer Lopez Milad bayramını ailəsi ilə birlikdə Mayamidə qeyd edib. 

Cennifer Lopez Milad bayramını ailəsi ilə birlikdə Mayamidə qeyd edib.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, Milad günü doğma və yaxınlarının əhatəsində olmağa üstünlük verən ulduz instagramda bayram təəssüratlarını bölüşüb:

“Hamını Milad Bayramı münasibətilə təbrik edirəm, gecəniz xeyrə qalsın. Mənim bayramla bağlı rituallarım var, Milad günü hər kəs yatdıqdan sonra yolka ağacının altında oturub ötən illəri yada salmağı sevirəm. Bu anlarda mən özümü yoxlayıram. Yolka ağacının sehrli işıqları mənə öz fikir və hisslərini eşitməyə həmişə kömək edir. Və indi düzünü etiraf etməliyəm ki, mənim ürəyim doludur. Bu il uğurlarım da, itkilərim də oldu, amma mən hazırda qonaq otağında oturmuşam, uşaqlar yatıblar, biz hamımız sağ-salamatıq, ev isə dostlarla doludur. Sevgi ilə əhatə olunduğumu hiss edirəm və həyatıma görə minnətdaram! Hər kəsi Milad Bayramı münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, ulduz itkiləri dedikdə özündən 18 yaş kiçik sevgilisi Kasper Smartdan ayrılmasını nəzərdə tutub. Uğurlarına isə “Forbes” jurnalının versiyasına görə, Ceylonun 2016-ci ildə ən çox qazanan müğənnilərin onluğuna daxil olmasını əlavə etmək olar. Bundan başqa, ulduz keçmiş əri Mark Entoni ilə albom yazdırmağa razılaşıb, çoxlu konsertlər verib.