Amsterdamın “Yohan Kroyf Arena” stadionunda UEFA Çempionlar Liqasının ikinci yarımfinal cütünün cavab görüşü başa çatıb.
TİA.AZ xəbər verir ki, “Ayaks” öz meydanında İngiltərənin “Tottenhem” klubunu qəbul edib və 2:3 hesabı ilə məğlub olub.
Beləliklə, İngiltərə komandası ÇL-in finalına vəsiqə qazanmış ikinci klub olub. Dünən ilk vəsiqəni yenə də İngiltərənin “Liverpul” komandası qazanmışdı.
“Tottenhem” – “Liverpul” finalı iyunun 1-də Madriddə keçiriləcək.