Cəbrayıl Həsənov da ermənini məğlub etdibackend

Cəbrayıl Həsənov da ermənini məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında növbəti görüşünü keçirib.

TİA.AZ-ın  məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib. Qarşılaşmadan 8:4 hesabı ilə qalib ayrılan Həsənov yarımfinala yüksəlib. Məğlubiyyəti həzm edə bilməyən ermənilər iki dəfə qərara etiraz ediblər. Lakin onların “çelenc”lərindən yalnız biri təmin olunub.

Qeyd edək ki, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadzeni (Gürcüstan), ardınca isə Omarasxab Nacmudinovu (Rumıniya) məğlub edib. Bu gün həmçinin Ağahüseyn Mustafayev (70 kq) erməni Gevorq Mxeyanı məğlub edib.