ÇAVUŞOĞLU LAVROVLA AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ ETDİbackend

ÇAVUŞOĞLU LAVROVLA AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirləri ilə görüş çərçivəsində Sergey Lavrovla ikitərəfli görüş keçirdiyini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiyini bildirib.

Tribunainfo.az-ın xəbərinə görə, Antalya hava limanında mətbuata açıqlama verən Çavuşoğlu “Görüşümüz zamanı Qafqazda baş verən hadisələri, xüsusilə Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyədəki son hadisələri müzakirə etdik” deyib.

Onun sözlərinə görə, Suriya, Ukraynadakı vəziyyət və taxıl sövdələşməsi də ikitərəfli görüşün gündəliyində olub. “Biz həmçinin Azərbaycan-İran münasibətlərini, İran və Səudiyyə Ərəbistanı arasında nizamlanmanı müzakirə etdik. Bugünkü görüşdə biz ABŞ-Aİ-İran nüvə razılaşması ilə bağlı son hadisələri də müzakirə etdik”, – Türkiyənin xarici işlər naziri yekunlaşdırıb.