BÜTÜN ÖLKƏNİN DANIŞDIĞI BİR SERİAL: TAMAŞAÇI ONUN NƏYİNİ BƏYƏNİR?backend

BÜTÜN ÖLKƏNİN DANIŞDIĞI BİR SERİAL: TAMAŞAÇI ONUN NƏYİNİ BƏYƏNİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir sosial şəbəkələrdə İctimai Televiziyanın efirində yayımlanan rejissor Emil Quliyevin “Əqrəb mövsümü” serialı müzakirə olunur. İlk dəfədir ki, Azərbaycan istehsalı olan bir serial bu qədər izləyici toplaya bilib və müzakirələrə səbəb olub.

Tribunainfo.az yazır ki, buna baxmayaraq, seriala münasibət birmənalı deyil. Bəyənənlər olduğu kimi, serialı uğursuz hesab edənlər də var.

Teleaparıcı Mir Səməd Cəfərli hesab edir ki, əgər serialın növbəti bölümünü tamaşaçılar səbirsizliklə gözləyirlərsə, demək, əsər uğurlu alınıb, özünü doğruldub.
Onun fikrincə, filmin baxımlı olmasına səbəb real həyat təsvirlərinə maksimum dərəcədə yaxınlaşmasıdır:

“Mühit, dekorasiyalar, geyim, səs rejissurası, operator işi çox ustalıqla qurulub.
Janrın özü də intriqalıdır, detektiv həmişə 1:0 öndə olur. Bir-iki detal da var, hesab edirəm bir az barıtı çox ediblər, rus sözlərindən çox istifadə olunur, bir də bəzi yerlərdə söyüş səslənir. Detallara vardıqda isə prokurorluğun maşını şəxsi nömrəylədir.
Bir balaca da, baş qəhrəman monoton oynayır, məsələn aktyor Azər Aydəmirin canlandırdığı obraz elə bil ki, əsil sistem işçisidir, bu dərəcədə realisdir”.

Kinotənqidçi Aygün Aslanlı isə bildirib ki, bu, teleekranda görmək istədiyimiz keyfiyyətdir:

“Bütün yaradıcı heyətə təşəkkürlər! Həyacanlandırmağı, gərginlik yaratmağı, diqqət çəkməyi bacarıblar. 1-ci seriyada ən çox Güşvər xanımın ifası və son 15 dəq – Nurlandan xəbər gözlədikləri hissələr yadımda qaldı. Görək, davamı necə olacaq? Qüsurlar da var. Amma hələlik önəmli deyil”.

Jurnalist Ülviyyə Alovlu isə serialı bəyəbməyib:

“”Əqrəb mövsümü”nün 9-cu seriyasına dünən tv-də rast gəldim. Detektiv janrına görə bir az şübhə, bir az həyəcan axtardım, tapmadım.
Seriya niyə başladı, niyə bitdi, nə ötürmək istədi, məlum olmadı.
Bəlkə təsirli ola biləcək səhnələr vardı ki, o da bədii həllini tapmadı.
Prokurorun arvadı əli üzündə gəlir, məlum olur ki, yuxulu görünməli imiş.
Azər Hikmətin üstünə yıxılır, sən demə, səndələməli, hönkürməli imiş.
Həbs olunan oğlanın anası özünə əl qatıb, amma yaxın kadrlar işlənmədiyi üçün tamaşaçı yalnız uzaqda başı əsən bir arvad görür.
Sanki ya aktyorlar yola vermişdi, ya da rejissor ilk dublla kifayətlənmişdi.
Alaçiy fikirli olmamaq üçün bu gün ilk seriyanı da izlədim, fikrim dəyişmədi.
Rejissorluq – hadisələri xronoloji ardıcıllıqda vermək deyil, hər səhnəni tamaşaçıya yaşada bilmək, hər detalı yedizdirməkdir.
Bu serialda gözlədiyim rejissor işini görmədim. Bir sözlə, bəyənmədim.