BÜTÜN DÜNYA NECƏ XIRDALAN DA ELƏ – DEPUTATDAN AÇIQLAMAbackend

BÜTÜN DÜNYA NECƏ XIRDALAN DA ELƏ – DEPUTATDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş-altı il öncə Xırdalanda yaşayan dost-tanışdan sanki cekpot udublarmış kimi Xırdalan haqqında eşitdiyimiz təriflər bu gün tıxac şikayətləri ilə əvəzlənib. Çoxları problemin səbəbini düzgün qurulmayan yol infrastrukturunda görsə də, deputat Rüfət Quliyev TİA. Az– açıqlamasında bildirib ki, problemin bir yox, bir neçə səbəbi var:

“Burda problem bir deyil, iki deyil. Siz ilk növbədə maraqlanın görün ki, hər il Azərbaycana nə qədər maşın gətirilir. Yəni hər il ölkədə onminlərlə maşın artır. Yüklənmənin digər səbəbi odur ki, Xırdalanın özündə çoxlu tikinti işləri gedir, yeni-yeni evlər tikilir. Təbiidir ki, orda insanların sayı artır. Həmçinin urbanizasiya problemi Azərbaycanda başqa ölkələrdəki kimi var. Biz bu gün çalışırıq ki, insanlar regionlara qayıtsın. Əfsuslar olsun ki, insanlar daha çox mərkəzi şəhərlərə meyllidir. O cümlədən də Bakıya. İyirmi il bundan qabaq Xırdalan uzaq məsafədə yerləşən bir yer idi, bu gün isə artıq şəhərə bitişib. Yəni səbəblər bunlardır, normal dünyada gedən proseslərin nəticəsidir”.

TİA. Az