Azərbaycan Tibb Universitetinin kitabxanasının girişində asılan elan sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.TİA.AZ xəbər verir ki, elanda tələbələrə kitabxanaya şortik və maykada gəlməmələri ilə bağlı xəbərdarlıq edilib.
Həmin foto geniş müzakirələr yaradıb. Bəziləri bu qərarın doğru, bəziləri ilə yanlış olduğunu bildirib.
