Bu rayona 22 sm qar yağıb – Faktiki hava

Bu rayona 22 sm qar yağıb – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Qaxda 22 sm, Şərur, Şahdağda 2 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Oğuzda 9 mm, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi martın 8-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.