BU QİDALAR DİŞLƏRİMİZİ SIRADAN ÇIXARIR… KARTOF, ƏT…backend

BU QİDALAR DİŞLƏRİMİZİ SIRADAN ÇIXARIR… KARTOF, ƏT…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dişlərin sağlam olması bütöv orqanizmin sağlamlığı deməkdir. Ona görə də həkimlər həmişə məsləhət görürlər ki, dişlərə qulluq edin, ağzınızda çürük diş saxlamayın. Bunun üçün də ilk növbədə yediyimiz qidalara fikir verməlili, onların təmizliyinə riayət etməli, dişləri tez sıradan çıxaran qidalardan mümkün qədər uzaq olmalıyıq.

Tribunainfo.az xəbər verir ki, həkimlər bildirir ki, diş sağlamlığına təkcə şəkərli qidalar zərər vermir, çipslər də diş minası üçün təhlükəli məhsullardan biridir.
Rusiyalı həkim Yuliya Lapuşkinanın fikrincə, çipslər çürük bakteriyaların çoxalmasına səbəb olurlar:

“Dişlərə həmçinin böyük miqdarda qəbul edilən sitrus meyvələri də zərərlidir. Bu onların tərkibindəki askorbin turşusunun minaya zərər verməsi və orada kiçik dəliklər əmələ gətirməsi ilə bağlıdır.
Uşaqların və böyüklərin çox sevdiyi şirniyyat və digər müxtəlif şirin konfetlər dişlər üçün zərərlidir. Onların hissəcikləri minanın səthinə möhkəm yapışır, dişlərarası boşluqlarda ilişib, kariyesə səbəb olan bakteriyalar üçün ideal çoxalma zəmini yaradır”.

Həkim bildirib ki, kartof həm qaynadılmış, həm də qızardılmış halda diş minası üçün təhlükəlidir. Bu, məhsulun patogen bakteriyaların böyüməsinə səbəb olan nişasta mənbəyi olması ilə əlaqədardır.
Həkimin qənaətinə görə, dişlər üçün təhlükəli olan digər məhsul ətdir. Ət dişlərdə ilişib qalan çoxlu liflərə malik olduğu üçün təhlükəlidir.

Buna görə də bu yeməklərdən sonra ağız boşluğunun gigiyenasına diqqət edilməlidir.