Son bir həftədə Nigeriyada 300-dən çox uşaq quldur dəstələri tərəfindən qaçırılıb. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Nigeriya təhlükəsizlik qüvvələri qaçırılan yüzlərlə tələbəni tapmaq üçün ölkənin şimal-qərbindəki meşələrdə axtarışları davam etdirir və barrikadalar qurur. Lakin meşə sahələrinin skan edilməsi həftələr çəkə bilər.
Qeyd edək ki, cümə axşamı günü Kuriqada məktəbdən 7-18 yaş arası 280-dən çox uşaq qaçırılıb. Şənbə günü Sokotoda məktəbə basqın zamanı daha 15 uşaq qaçırılıb.