Bu ölkədə pornoqrafiyaya baxmaq CİNAYƏT hesab olunacaq

Bu ölkədə pornoqrafiyaya baxmaq CİNAYƏT hesab olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞın bu ştatının senatoru pornoqrafiyaya baxmağı cinayət hesab etməyi təklif edib.

Tribunainfo.az “New York Post”a istinadən xəbər verir ki, Oklahoma ştatının senatoru Dusty Deaversin fevral ayında təqdim edəcəyi qanun layihəsi “ciddi ədəbi, bədii, təhsil, siyasi və elmi məqsəd” daşımayan erotik məzmunun istehlakını və istehsalını qadağan edəcək. Qadağa bütün mediaya şamil olunacaq.

Qanunu pozanları bir ilə qədər həbs və iki min dollar cərimə gözləyir. Oklahomada etiraz doğuran məzmun istehsal edən və ya təbliğ edən hər kəs on min dollarlıq təzminat tələb oluna bilər.

Evli cütlüklər yalnız bir-birləri ilə foto və video paylaşmaq şərti ilə qadağadan azad ediləcəklər.

Qanun qəbul olunarsa, bir çox sosial şəbəkə saytları ştatda əlçatmaz olacaq və ya onların məzmunu senzuraya məruz qalacaq.