Bu ölkə 50 il sonra sular altında qalacaqbackend

Bu ölkə 50 il sonra sular altında qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərin fikrincə, Qədim Yunanıstanın ən mühüm mədəni irslərindən biri olan Delos adası Egey dənizinin dərin sularının altında qalacaq.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, arxeoloqlar 10 il ərzində adanın bəzi yerlərində dəniz səviyyəsinin 20 metrə qədər qalxdığını bildiriblər.

Su səviyyəsinin yüksəlməsi səbəbindən eroziyaya uğrayan və dağılan Delos strukturları təxminən 50 ildən sonra yox olmağa məhkumdur.

Dərin mavi sularla əhatə olunmuş Delosun 2000 illik strukturları Ellinistik və Roma dövrlərindəki gündəlik həyat haqqında məlumat verir.

Lakin alimlər xəbərdarlıq edirlər ki, daş aslanlarla qorunan məbədləri ilə tanınan bölgə, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin qalxması səbəbindən əbədi olaraq yox ola bilər.