Xətai rayonunda yerləşən 245 saylı tam orta məktəbin 2-ci darvazası koronavirus epidemiyası vaxtından bağlı saxlanılır.
Tribunainfo.az-a yazan valideynlər bildirib ki, məktəbə girişin ikinci əsas qapısının hələ də bağlı saxlanılması müəyyən problemlər yaradır. Yeni dərs ilində valideynlər bu darvazadan da məktəbə girişin təmin edilməsini istəyirlər.
Valideynlər yazır ki, Cavanşir küçəsi tərəfdən məktəbə gələn şagirdlər əsas darvazadan keçməli olurlar və bu da böyük ərazi qətt etməyə səbəb olur. Həmçinin məktəbin bir darvazası istifadə edildiyi üçün giriş-çıxış zamanı sıxlıq yaşanır.
Darvaza uzun müddət istifadə edilmədiyi üçün baxımsız qalıb, təmirə ehtiyacı var. Valideynlər məktəb müdiriyyətinə müraciət etsələr də, müsbət cavab ala bilmirlər.