Bu gün 49-cu UEFA Super Kuboku “Atalanta” – “Real” matçında öz sahibini tapacaq.
Tribuninfo.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşmada Çempionlar Liqasının qalibi “Real” ilə Avropa Liqasının qalibi “Atalanta” üz-üzə gələcək.
Qeyd edək ki, maraqlı futbol tamaşası vəd edən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Super Kubok
14 avqust
23.00 Real (İspaniya) – Atalanta (İtaliya)
“PGE Narodovy” stadionu.