Bu gün Kılıçdaroğlunun namizədliyi elan olunacaqbackend

Bu gün Kılıçdaroğlunun namizədliyi elan olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İYİ Partiyanın “Altılı Masa”dan ayrılmasından sonra bu gün yerdə qalan 5 partiya yenidən toplanır.

Tribunainfo.az xəbər verir ki, görüş yenə də Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyində baş tutacaq.
İclasda ev sahibi ilə birlikdə CHP sədri Kamal Kılıçdaroğlu, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Demokrat Partiyasının sədri Gültekin Uysal iştirak edəcək.
Görüşdən sonra Kılıçdaroğlunun Səadət Partiyası binası qarşısında 2023-cü il seçkiləri üçün “Altılı Masa”nın prezidentliyə vahid namizədi olaraq elan edilməsi gözlənilir.
Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun namizədliyi məsələsində geri addım atılmasa, toplantıya qatılmayacağını açıqlamışdı.
İYİ Partiya rəhbəri Meral Akşenerin olmadığı ittifaqın yeganə namizədi CHP sədri Kamal Kılıçdaroğludur.