“Bu gedişlə Qubadlının kəndlərini də su basacaq, çünki…”backend

“Bu gedişlə Qubadlının kəndlərini də su basacaq, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəndlərdəki evlərin zirzəmilərinin sel suları ilə dolması bu kəndlərin yanlış layihələndirilməsinin nəticəsidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə əslən Qubadlı rayonundan olan, sözügedən əraziləri yaxşı tanıyan ilahiyyatçı jurnalist Rəsul Mirhəşimli yazıb. O bildirib ki, bu, adi bir təbiət hadisəsi deyib:

“Kəndlərdəki evlərin zirzəmilərinin sel suları ilə dolması bu kəndlərin yanlış layihələndirilməsidir. Anlaşılmayan bircə şey var: Bu nəyin boşuna inadıdır ki, azad edilmiş ərazilərdə bərpa olunan kəndlər niyə əvvəllər mövcud olduğu yerlərdə salınmır? Zabux və Sus kəndləri də öz tarixi yerlərində deyil, çay yatağında salındığı üçün kəndi sel basıb.


Qubadlının Zilanlı və Mahruzlu kəndləri də əvvəlki yerlərində deyil, Həkəri və Bərgüşad çaylarının yatağında tikilir. Zabux və Sus kəndlərində selin vurduğu ziyan dərs olsun, bu kəndlərin əhalisini selin cənginə atmasınlar. Heç olmazsa, ziyanın yarısından dönüb, bu kəndləri öz yerlərində bərpa etsinlər”.

Nigar