Bu bankların əhali ilə “Aprel müharibəsi” başladı – SİYAHIbackend

Bu bankların əhali ilə “Aprel müharibəsi” başladı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bank sektoru artıq uzun müddətdir ki, məhkəmələrə ayaq açıb. İllərdir banklar müştərilərini məhkəmə yolu ilə çarmıxa çəkirlər. Buna da səbəb əvvəlcədən bankların müştəri ilə şirin dillə, yağlı vədlə özünə cəlb edib kredit ayırması, müxtəlif vəsaitlər verməsi, daha sonra ödənişlər gecikdiriləndə onları məhkəmə qapılarında süründürməsidir. Amma heç bir bank dəqiqləşdirmir ki, kredit verdiyi müştərinin aylıq gəlirləri onu ödəməyə yetərlidirmi?
Ucdantutma gözünü yumub, ağzını açıb hamıya kredit paylamağın, vətəndaşı borclandırmağın nəticəsi belə olur. Və illərdir ki, Mərkəzi Bank yaranmış bu eybəcər vəziyyəti, problemli kreditlər məsələsini banklarla müzakirə etmir. Nəticədə hər ay ayrı-ayrı məhkəmə zallarında əksər bankların vətəndaşlarla çəkişməsi olur. Əslində Mərkəzi Bank bu mövzuya fundamental yanaşmalı, konsepsiya olmalı, banklar qarşısında bəzi öhdəliklər qoymalıdır. Eyni zamanda, banklar da kredit ayırarkən əhalinin müxtəlif təbəqələri, həssas qrupları olduğunu nəzərə almalıdır. Bunların heç biri nəzərə alınmır, Mərkəzi Bankla həmin banklar arasında heç bir fikir mübadiləsi, konsalidasiya aparılmır, ona görə də demək olar ki, hər ay bu mənzərə meydana çıxır. Həm də hə yeni ayda bankların məhkəmə şəkişməsinin sayı ötən ayla müqayisədə xeyli artmış olur.
Tribunainfo.az aprel ayı ərzində hansı bankın nə qədər məhkəmə işi olduğunu araşdırıb və ortaya bu siyahı çıxıb. Siyahını təqdim edirik:

“UNİBANK” ASC- 708 məhkəmə
“KAPİTAL BANK” ASC – 427 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 205 məhkəmə
“YELO BANK” ASC- 145 məhkəmə
“ACCESSBANK” QSC- – 175 məhkəmə
“BANK OF BAKU” ASC – 124 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 120 məhkəmə
“EXPRESSBANK” ASC- 115 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 74 məhkəmə
“PAŞA BANK” ASC – 60 məhkəmə
“RABİTƏBANK” ASC – 61 məhkəmə
BANK “BTB” ASC – 50 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 43 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 34 məhkəmə
“NAXÇIVANBANK” ASC- 34 məhkəmə
“XALQ BANK” ASC- 32 məhkəmə
“AFB BANK” ASC- 19 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 13 məhkəmə
“BANK AVRASİYA” ASC – 7 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 3 məhkəmə
“PREMİUM BANK” ASC- 1 məhkəmə

Nigar