BÖYÜK BRİTANİYA RUSİYAYA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİBbackend

BÖYÜK BRİTANİYA RUSİYAYA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, mayın 19-da Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Tribunainfo.az-ın xəbərinə görə, siyahıya 86 rusiyalı, şirkət, o cümlədən Rosbank və Tinkoff Bank, “Rosatom”la bağlı 9 təşkilat, həmçinin Rusiya Metallurgiya Şirkətinin təsisçisi İqor Altuşkinin adı daxil edilib.

Qeyd edildiyi kimi, 86 rusiyalı və şirkətə qarşı tətbiq edilən yeni sanksiyalar Rusiyanın energetika, metallurgiya, müdafiə, nəqliyyat və maliyyə sektorları ilə bağlıdır.

“Sanksiyalar Ukrayna taxılının oğurlanması və yenidən satışı ilə məşğul olan gizli şəxslərə və təşkilatlara, habelə Rusiyanın iri enerji və gəmiçilik şirkətlərinə qarşı mübarizəni əhatə edir”.

“Qabaqcıl materiallar və texnologiyalar, xüsusilə lazerlər istehsal edən Rosatomla əlaqəli şirkətlər də sanksiyalara məruz qalır”, – deyə məlumatda bildirilir.