“Bolmart”da kiflənmiş lavaşlar satılır – FOTObackend

“Bolmart”da kiflənmiş lavaşlar satılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda, Əhmədli qəsəbəsi Nəsrəddin Tusi küçəsində  fəaliyyət göstərən “Bolmart” supermarketində istifadə müddəti bitmiş lavaşlar satılır.

Cebhe.info-nun məlumatına görə, “Naxçıvan Təndir Lavaşı” adlı lavaşın üzərində istehsal tarixi 28 aprel, saxlama müddəti isə 96 saat (2 gün) qeyd edilib. Ancaq bu gün may ayının 2-i olmasına baxmayaraq, həmin lavaşlar piştaxtadan götürülməyib.

Mövzu ilə əlaqədar olaraq “Bolmart” supermarketi ilə ((+994 12) 371-56-07, (+994 12) 371-56-08) əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs bizi müdiri ilə əlaqələndirsə də, sonradan bağlantı baş tutmadı.

Daha sonra yenidən dəfələrlə zəng etdik, ilk olaraq zənglərimiz cavabsız qaldı, daha sonra isə xətt davamlı olaraq məşğul oldu.