BNA-nın vəzifəli şəxslərinin məhkəməsinin vaxtı bəlli oldubackend

BNA-nın vəzifəli şəxslərinin məhkəməsinin vaxtı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) vəzifəli şəxsləri Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə hazırlıq iclasının vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, hazırlıq iclası noyabrın 14-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.
Hikmət Vəlizadə və Vüqar Hüseynov barəsində bu ilin iyulunda saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirlir ki, BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Nəqliyyat Agentliyinin bazasında Yerüstü Nəqliyyat Agentliyi yaradılıb. Qurum iş üzrə zərərçəkən kimi tanınıb.