Bloomberg: Almaniya Rusiyaya qarşı sanksiyalardan bu sahəni çıxarmağı tələb edirbackend

Bloomberg: Almaniya Rusiyaya qarşı sanksiyalardan bu sahəni çıxarmağı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniya hökuməti tələb edir ki, Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilə biləcək sanksiyalar Rusiyanın enerji sektoruna təsir göstərməsin.
Qaynarinfo xəbər verir ki, bu haqda Bloomberg Almaniya hakimiyyətinin Avropa müttəfiqlərinə təhvil verdiyi sənədlərə istinadən yazır.
Alman hakimiyyət orqanları Rusiya banklarının ABŞ dolları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalara çıxışını əngəllədiyi halda bu istisnada israrlıdır. Eyni zamanda, mənbənin Bloomberg-ə verdiyi məlumata görə, təklif olunan istisnalar “Şimal axını 2” qaz kəmərinə qarşı mümkün tədbirlərə mane olmayacaq.
Qeyd edildiyi kimi, Almaniya belə istisnalar olmadan Avropaya enerji təchizatının təhlükə altında olacağına inanır. Mənbələr bildirirlər ki, oxşar nöqteyi-nəzər bəzi digər Qərbi Avropa ölkələri tərəfindən də dəstəklənir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Avropa üçün başqa qaz tədarükçüləri axtardığı barədə məlumat yayılmışdı.