Birlik sədrindən SOS! “Dərhal psixoloqa müraciət edin”

Birlik sədrindən SOS! “Dərhal psixoloqa müraciət edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada uşaqlar arasında yeni bir virusmu, tendensiyamı, submədəniyyətmi deyək, genişlənməkdədir. Onlar özlərini Furri yaxud Kvadrober adlandırır.
Furrilər antropomorfik heyvanların pərəstişkarıdır. Bu o deməkdir ki, hətta kostyumda da özlərini adam kimi aparırlar: hürmürlər, dişləmirlər, dörd ayaq üstə gəzmirlər və it qabından yemək yemirlər.
Kvadrobikalar isə özlərini fərqli aparır. Onun ixtiraçısı Meymun Adam ləqəbli yapon Keniçi İtodur.

Valideynlər!!!

Bu submədəniyyət daşıyıcısı elementinə çevrilmək istəyən uşaqlarınızın davranışında belə elementlər gördüyünüz halda dərhal, psixoloqa müraciət edin!

Tribunainfo.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yazıb. O bildirib ki,
bir çox ölkələr artıq dövlət qurumlarının bu məsələyə müdaxiləsinə ehtiyac duyur:

“Ölkəmizə belə səfeh mədəniyyətin daxil olmasının qarşısını almaqda valideynlər daha aktiv reaksiya verməlidirlər. Bunu əyləncə, keçici bir həvəs kimi qiymətləndirməyin. Dərhal SOS deməkdən çəkinməyin!”.

Nigar