“Bir rejissora 3 kəşfiyyatçı”backend

“Bir rejissora 3 kəşfiyyatçı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya arasında növbəti casus mübadiləsi baş tuta bilər

Rusiyada tutulub həbsdə saxlanılan ukraynalı rejissor Oleq Sentsov Qərb mediasında gündəm yaradan adamlardan sayılır. Sentsovu aktual edən məsələ onun tam 141 gündür aclıq aksiyası keçirməsidir.

Hazırda rejissorun vəziyyətinin olduqca ağır olduğu və hər an ölə biləcəyi deyilir.

Fransanı “Le Figaro” qəzeti bununla bağlı maraqlı bir iddia ortaya atıb.

Qəzetin jurnlasiti Nikita Dmitriyevin yazdığına görə, ruslar Sentsovu amerikalıların əlindəki rus casuslara dəyişdirilə bilər.

Bunlar Viktor But, Konstantin Yaroşenko və Mariya Butinadır.

Картинки по запросу мария бутина виктор бут константин ярошенко

Viktor But, Konstantin Yaroşenko

Kinorejissorun vəkili bəhs edilən layihə barəsində xəbərləri olmadıqlarını desə də, onu tamamilə mümkün sayır.

Ukrayna ombudsmanlığının nümayəndəsi Mixail Çaplıqa da O.Sentsovun sözügedən rus casuslarına dəyişməsini “nəzəri cəhətdən ehtimal olunan” hesab edib.

“Oxşar presedent 2017-ci ildə Rusiya və Türkiyə arasında olub. Həmin vaxt Rusiya bir neçə Krım tatarı fəalını, Türkiyə isə öz növbəsində əlindəki iki rus kəşfiyyatçısını geri qaytarıb.

Rusiyanın müxalif yönümlü “Novaya qazeta” qəzetinin məlumatına əsasən Vladimir Putin bu “humantiar aksiya”nı amerikalılarla, amma Ukraynasız müzakirə etməyə razılıq verib. Rusiya prezidentinin sözcüsü Dmitri Peskov isə “Qovorit Moskva” radio stansiyasına verdiyi müsahibədə məsələni nə təsdiq, nə də inkar edib.

Fransada isə rejissorun müdafiəsi bağlı tədbirlər davam etdirilir. Mədəniyyət naziri Fransuaz Nissen yüzlərlə ədəbiyyatşünas və rejissorun imzaladığı kollektiv məktubu Rusiyaya göndərərək Oleq Sentsovun azad olunmasına çağırıb.

Paris şəhərinin meri Ann İdalqonun təklifi ilə isə sentyabrın 24-də bələdiyyə şurası Oleq Sentsova şəhərin “fəxri vətəndaşı”statusunu verib.

Musavat.com