Bir həftəlik şəkərdən imtinanın nəticələri açıqlandıbackend

Bir həftəlik şəkərdən imtinanın nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mütəxəssislər bir həftə şəkərdən imtina etdikdən sonra orqanizm üçün baş verəcək 10 nəticəni qeyd ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın Pronews.gr saytı məlumat yayıb.
Şəkər bir çox qidalarda, xüsusən də souslarda, emal edilmiş qidalarda, tərəvəz konservlərində və s. tərkibində olur. Şəkər orqanizm üçün enerji mənbəyi kimi çıxış etməsinə baxmayaraq, onun həddindən artıq istehlakı piylənmə, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskinin artması ilə əlaqələndirilir.
Qısa müddət ərzində (bir həftə) də olsa, şəkərin pəhrizdən xaric edilməsi orqanizmə müsbət təsir göstərir. Xüsusilə, unutqanlıq aradan qalxır və insanın diqqətini bir işə cəmləməsi asanlaşır. Bundan əlavə, şəkər istehlakının azaldılması II tip diabet, sızanaq və ağız qoxusunun inkişaf, həmçinin hormonal balansa təsir riskini azaldır.
Bundan əlavə, şəkər istehlakı depressiya ilə əlaqələndirilir və ondan imtina psixi sağlamlığı, eləcə də ümumi immunitet sistemini yaxşılaşdırır. Pəhrizinizdə şəkərin azaldılması dərinin yaşlanmasını və ağız sağlamlığını yaxşılaşdırır. Həmçinin, artıq şəkərin kəsilməsi libido və cinsi rifahı yaxşılaşdıra bilər, bu da münasibətlərdə daha çox məmnuniyyətə səbəb olur.