Bin Ladenin oğlundan şok açıqlama: “Atamın qurbanlarından biri oldum”backend

Bin Ladenin oğlundan şok açıqlama: “Atamın qurbanlarından biri oldum”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Usama Bin Ladenin oğlu “dünyanın ən bədnam terrorçularından biri” ilə yaşamağın necə bir şey olduğunu danışıb.
41 yaşlı Ömər Bin Laden “Əl-Qaidə” liderinin dördüncü böyük oğlu və varisi uşaqlığı diqqətçəkən açıqlama verib.

Ömər deyib ki, atasının silahdaşları tərəfindən onların sevimli ev heyvanları üzərində kimyəvi silah sınaqlarının şahidi olub. Gənc yaşlarında AK47 silahlarından atəş açmağı öyrəndiyini, onun “kədərli uşaqlığı”ni keçdiyini bildirib.
Ömrü boyu bir bölgədən o biri bölgəyə köçərək yaşamaq məcburiyyətində qaldığını deyən Ömər atasının qurbanlarından biri olduğunu qeyd edib:
“Məncə, atamın qurbanlarından biri olmuşam”
Qeyd edək ki, Ömər uzun müddət atasının hərəkətlərini tənqid edib. 11 sentyabr 2001-ci il tarixli məşhur “Əkiz Qüllə” hadisəsindən əvvəl atasını və “Əl-Qaidə”ni tərk etmək qərarına gəlib.