BİLL QEYTS XƏBƏRDARLIQ ETDİ: “YENİ VİRUS YAYILACAQ, PANDEMİYAYA HAZIRLAŞIN”backend

BİLL QEYTS XƏBƏRDARLIQ ETDİ: “YENİ VİRUS YAYILACAQ, PANDEMİYAYA HAZIRLAŞIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərin ən çox danışılan adamı olan Bill Qeyts hələ xeyli əvvəl dünyada yeni bir pandemiyanın olacağı barədə xəbər vermişdi.

Tribunainfo.az xəbər verir ki, Qeytsin bəhs etdiyi pandemiya 2019-cu ilin sonlarında bütün dünyanı ağuşuna aldı.Söhbət “CoVid19”dan gedir. Lakin Qeyts kəhanətlərini bununla da yekunlaşdırmayıb. O ötən gün Avstraliyanın paytaxtı Sidneydə keçirilən konfranslardan birində daha bir pandemiya haqqında danışıb. Belə ki, “Microsoft”un sahibi bəyan edib ki, növbəti virus insan mənşəli olacaq. “Yeni pandemiyaya səbəb olan virus heyvan deyil, məhz insan mənşəli olacaq. Dünya ölkələri bununla bağlı indidən hazırlaşmalı və önləyici tədbirlər görməlidir”.

Qeyts daha sonra deyib ki, yeni virusla mübarizə üçün sərt karantin rejiminə ehtiyac olacaq. O iddia edib ki, sərt karantin rejimi virusun geniş yayılmasının qarşısını almağa yardımçı olur. “Biz hər 5 ildən bir bütün dünyada pandemiya təlimləri keçirməliyik. 1000 dollara bir həyat xilas edə bilərsiniz. Bundan daha qaneedici bir şey yoxdur”.Qeyts qeyd edib ki, dünya dövlətləri növbəti pandemiyada birlikdə çalışmalıdırlar. O vurğulayıb ki, mümkün pandemiya yenidən baş verərsə, onun dünya iqtisadiyyatına vuracağı zərər 10 trilyon dollar olacaq.