Beyləqanda 4 nəfəri qətlə yetirən Fuadın – FOTOSUbackend

Beyləqanda 4 nəfəri qətlə yetirən Fuadın – FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Tribunainfo.az  “Qafqazinfo”ya istinadən hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan 27 yaşlı Fuad Cəlilzadənin fotosunu əldə edib.Xatırladaq ki, hadisə günü F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır.
Onu da əlavə edək ki, insidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib.