BƏRDƏDƏ ŞƏHİD ANASI ŞOU PROQRAMA ÜSYAN ETDİ -VİDEObackend

BƏRDƏDƏ ŞƏHİD ANASI ŞOU PROQRAMA ÜSYAN ETDİ -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə qadın “Megastore” mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib.

Tribunainfo.az xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub.

“Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız”, – deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib.