BELQORODA HÜCUM… “BU, MÜHARİBƏNİN GEDİŞATINI UKRAYNANIN XEYRİNƏ DƏYİŞƏCƏK”backend

BELQORODA HÜCUM… “BU, MÜHARİBƏNİN GEDİŞATINI UKRAYNANIN XEYRİNƏ DƏYİŞƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ərazisinə hərbi əməliyyatları keçirməklə Rusiyanın müdafiə və hücum planlarının qarşısını alır. Bununla da Ukraynanın əks-hücumlarının effektli olmasını təmin edir.

Tribunainfo.az yazır ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki,
Ukrayna Rusiya ərazilərinə girməklə Rusiyanı Ukrayna ərazisindən çıxmağa məcbur edəcək:

“Ukrayna hərbi əməliyyatları Rusiya ərazisinə keçirib. Belqorod şəhərində uğurlu əməliyyatlar apararaq nailiyyətlər əldə edir. Baxmutu Rusiyaya buraxaraq Rusiyanın içərilərinə zərbələr endirir və uğurlu hərbi əməliyyatlarla Kremli pat vəziyyətə salıb.

Bu uğurlu hərbi əməliyyatlar Rusiyanın geniş ərazilərinin Ukrayna tərəfindən nəzarətə alınması ilə nəticələnə bilər.

Moskvanın müqavimət göstərmək və Ukrayna qoşunlarının irəliləyişini dayandırmaq üçün Ukrayna ərazisindən qoşunlarını çıxarmalıdır. Görünür, V. Zelenskinin Qərb səfərində Rusiyanın küncə sıxışdırması üçün hərbi əməliyyatları Rusiya ərazisinə keçirilməsi məqbul bilinib. Bu hərbi əməliyyatlar müharibənin gedişatını Ukraynanın leyhinə dəyişəcək. Təbii ki, bu əməliyyatlar davamlı olacaqsa”.