Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – VİDEObackend

Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

Tribunainfo.az xəzər TV-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar.

Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.
Hadisə iyun ayının 6-sı baş verib. 2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.
Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən bildirildi ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.
Ətraflı süjetdə: