Bayden Putinin şərtlərini QƏBUL ETDİbackend

Bayden Putinin şərtlərini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ liderləri dünən ilk dəfə telefonda danışıblar.

TİA.AZ xəbər verir ki, Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında razılıq əldə ediblər.

“ABŞ və Rusiya SHS-3 müqaviləsini Moskvanın şərtləri ilə uzatmağa razılaşıb”-deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

Federasiya Şurasının Beynəlxalq Komitəsi Dövlət Dumasına SHS-3 müqaviləsinin uzadılması barədə razılığı ratifikasiya etməyi tövsiyyə edib.

Xatırladaq ki, Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin müddəti fevralın 5-də bitəcək. Donald Tramp administrasiyası bu müqavilənin uzadılmasından imtina edirdi.