Bayden İsraili tənqid etdi

Bayden İsraili tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden indiyə qədər İsraili sərt tənqid edib. Bayden girov mübadiləsinin aparılacağı atəşkəs üçün təzyiq etdiyini və çox sayda günahsız insanın öldüyünü söylədi və “müharibə bitməlidir” çağırışı etdi. Prezident müharibənin əvvəlində itkiləri “müharibə aparmağın qiyməti” kimi təsvir etdiyi üçün tənqid edilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,ABŞ prezidenti Co Bayden İsrailin Qəzzadakı hərbi əməliyyatlarının “həddindən artıq” olduğunu iddia edib və Fələstinli mülki şəxslərə kömək etmək üçün “münaqişədə davamlı fasilə” istədiyini bildirib.

Prezident əlavə edib ki, o, Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması, Fələstin mülkilərinə humanitar yardımın artırılması, girovların azad edilməsi və hərbi əməliyyatların müvəqqəti dayandırılması üçün razılığa gəlməyə çalışır.

Dəniz Pənahova