“Bavariya”dan ilk məğlubiyyətbackend

“Bavariya”dan ilk məğlubiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında 6-cı tura start verilib.

TİA.AZ qol.az-a istinadən xəbər verir ki, mərkəzi oyunda “Bavariya” “Herta”nın qonağı olub. Matç meydan sahibi Berlin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Herta” (Berlin) – “Bavariya” – 2:0
Qollar: İbişeviç, 23-pen, Duda, 44

Bu, Münhen klubunun 2018/2019 mövsümündə ölkə çempionatında ilk məğlubiyyəti olub.

Qeyd edək ki, bu qələbə ilə xalını 13-ə yüksəldən “Herta” “Bavariya” ilə birgə 1-2-ci pillələri bölüşdürür. 5 oyun keçirən “Borussiya” (Dortmund) və “Verder”in (Bremen) 11 xalı var.