Baqrat Qarabağa investisiya qoymaq istəyirmişbackend

Baqrat Qarabağa investisiya qoymaq istəyirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Ermənistanda Keşiş Baqratın rəhbərlik etdiyi hərəkat dünən İrəvanın mərkəzində daha bir aksiya keçirib. Tribunainfo.az xəbər verir ki, həmin aksiyanın həlledici olacağını gözləyən keşiş, tam əks effektlə qarşılaşıb.
Belə ki, müxalifətin də yığışdığı etiraz aksiyasına ortalama 20 minə yaxın adam toplaşıb. Halbuki Baqrat və yaxın ətrafı 100 mindən çox insanın “Respublika” meydanına gələcəyini və bununla da Paşinyan hökumətini devirəcəklərinə böyük ümid bəsləyirdilər. Elə bu səbəbdən də öz zəifliklərini gizlətmək üçün keşiş və adamları 4 günlük itaətsizlik aksiyasına başladıqlarını bəyan ediblər. İrəvanın bir çox küçələrində bununla əlaqədar çadırlar qurmağa başlayıblar.
Tribunainfo.az onu da bildirir ki, keşiş Baqrat dünənki mitinqdə çıxışlar edib, bəyanatlar verib. O, Qarabağdan könüllü köçən ermənilərə müraciət edərək, müxalifətin aksiyalarına qoşulmağa çağırıb. Həmin bəyanatında o, separatçıların rəhbərlərini ittiham etməkdən də çəkinməyib. “Qarabağın İrəvandakı liderləri hakimiyyətin şirin vədlərinə aldanaraq, səslərini çıxarmırlar. Çünki bundan bəhrələnirlər, imkanlarını artırırlar. Lakin siz aksiyalara qoşulun ki, gələcəyinizi təmin edə biləsiz”.
Keşiş Baqrat daha sonra bildirib ki, erməni iş adamları Qarabağda böyük imkanlardan məhrum olub, böyük vəsaitlər itiriblər. “Bu daha çox onların ehtiyatlı hərəkət emələri, qismən isə qorxaqlıqlarının əlaməti idi. Lakin biz onları cəsarətli olmağa və yeni investisiya layihələri ilə çıxış etməyə çağırırıq”.
Kilsə təmsilçisi Azərbaycanla müharibənin bitmədiyini də iddia edib. “Müharibə bitməyib, bu cinayət demarkasiya və delmitasiya şəklində davam edir. Müharibəni gətirən hakimiyyət müharibəni bitirə bilməz, ən yaxşı halda vətənimizi, dövlətimizi, ləyaqətimizi itirməklə bizi tam təslim olmağa aparacaq. Dilənçi sülhünü yalnız dəli axtara bilər ki, bu da müharibənin özündən böyük təhlükədir”.