Banklar SMS xidmətindən nə qədər qazanır ?backend

Banklar SMS xidmətindən nə qədər qazanır ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kart sahibi olan insanlar mütəmadi olaraq, öz kartları vasitəsi ilə ödənişlər gerçəkləşdirir, alış-veriş edir və daha sonra isə kartlarındakı balansı bərpa edir və ona əlavə yatırımlar edirlər. Kartınızdakı pulları idarə edən insanın təkcə siz olduğundan əmin olmaq üçün bir sıra təhlükəsizlik tədbirləri vardır ki, onlardan biri də SMS xəbərdarlıq xidmətdir.
EkoNews xəbər verir ki, SMS bank xidməti Azərbaycanda fəaliyyət göstərən bankların hər biri tərəfindən tətbiq edilir. Tək fərq demək olar ki, xidmətin müddəti və qiymətindədir.
“Kapital Bank”ın SMS bank xidmətini illik və 1 ismarıclıq təklif edir. İllik xidmət haqqı 5 AZN, 1 ismarıc isə 0.10 AZN təşkil edir.
“Azərbaycan Beynəlxalq Bankı” bu xidməti aylıq və 1 ismarıclıq təklif edir. Aylıq abunə haqqı 0.40 AZN, 1 ismarisə 0.10 AZN təşkil edir.
“Bank of Baku” SMS xəbərdarlıq xidmətini kartın aktiv olduğu müddət ərzində təklif edir və bunun üçün xidmət haqqı 5 AZN-dir.
“Expressbank” xidməti aylıq və illik təklif edir. İllik xidmət haqqı 6 AZN, aylıq isə 0.50 AZN təşkil edir.
“Bank Respublika” SMS bankçılıq xidmətini yalnız aylıq təklif edir. Xidmət haqqı 0.99 AZN hesablanır.
VTB (Azeribaijan)  SMS bankçılıq xidmətini aylıq təklif edir.  Debet kartlar üçün xidmət hasqqı 2 AZN, əmək haqqı kartları üçün isə 1.25 AZN təşkil edir.
“Nikoil Bank” SMS bankçılıq xidmətini aylıq olaraq təklif edir və xidmət haqqı 1.20 AZN təşkil edir.
“Unibank” bu xidməti illik və aylıq təklif edir. İllik xidmət haqqı 6 AZN, aylıq isə 0.50 Azn təşkil edir.