“Bank VTB Azərbaycan” əmanət faizlərini 3%-dək endiribbackend

“Bank VTB Azərbaycan” əmanət faizlərini 3%-dək endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank VTB Azərbaycan” depozit faizlərini endirib.

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1-3% azaldıb. Belə ki, faiz gəlirləri hər ay ödənilməklə təklif edilən əmənət faizləri 10%-dən 9%-ə, müddətin sonunda ödənilmək isə 10,5%-dən 9,5%-ə qədər endirilib. Bu, banka yerləşdirilən 1-3 illik əmənətlərə şamil edilib.

3 aylıq əmanətlərin gəlirliyi 3-4%-dən 2-3%-ə, 6 aylıq 6-7%-dən 3-4%-ə, 9 aylıq əmanətlər üzrə isə 7-8%-dən 5-6%-ə kimi azaldılıb.

 

Qeyd edək ki, bəzi sistem əhəmiyyətli banklar son günlər əmanət faizlərini artırsa da, bir neçə bank təklif etdikləri gəlirliliyi azaldıblar. Banklar bunu kreditə yönəldilməyən cəlb edilmiş vəsaitlərə görə əlavə xərclərin yaranması ilə izah edirlər.