Bakıya qarşı sanksiya təşəbbüsü qəbul edilə bilərmi? -Analitikbackend

Bakıya qarşı sanksiya təşəbbüsü qəbul edilə bilərmi? –Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Bakıya qarşı gündəmə gələn “sanksiya siyahısı”nın əsas səbəbi kimi Azərbaycanda insan haqları və s. göstərilsə də, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir. Təşəbbüsün müəllifinə və mahiyyətinə diqqət edəndə bu aydın görünür. Çünki “Azərbaycanda sanksiyalara baxış aktı” adlanan sənədin müəllifi Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir, Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər.Tribunainfo.az yazır ki, bu barədə danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, “sanksiya siyahısına” 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimiz də daxil edilib və general Hikmət Mirzəyevin də adı bu siyahıdadır. Onun sözlərinə görə, erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir:


“Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda, ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar.

Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Sual yaranır: bu təşəbbüsü alqışlayanlar “sanksiya siyahı”sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu/lobbisinin əlinə oynamaqdır”

Nigar.