Bakıda şirkət rəhbərinə cinayət işi açıldıbackend

Bakıda şirkət rəhbərinə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarınıln birgə keçirdikləri tədbirlər nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1 190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Bu barədə TİA.AZ-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.