Bakıda şadlıq evinin rəhbərliyindən qazimizə qarşı hörmətsizlik – VİDEObackend

Bakıda şadlıq evinin rəhbərliyindən qazimizə qarşı hörmətsizlik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Louvre Palace” şadlıq evinin rəhbərliyi qazimizə hörmətsizlik edib.

Bu haqda şairə Nazilə Səfərli bildirib. O, sosial şəbəkə hesabında yayımladığı yeni videoda bu haqda açıqlama verib:

“Zabratda “Louvre Palace” şadlıq evi var. Fransa, Parislə əlaqəsi yoxdur. Oktyabrın 4-də orada xına məclisi keçiriləcək. Xınası olacaq qızın anası vəfat edib. Atası isə qazidir. Atanın özəl arzusudur ki, mən onun balasının şad günündə iştirak edim. Mən də dedim ki, gəlib iştirak edəcəm. Bu gün səhər həmin qızın atası mənə zəng vurub deyir ki, “Nazilə xanım, “Louvre Palace” şadlıq evinin rəhbəri kənardan heç bir xına məclisinin restorana gəlməsinə icazə vermir. Mən yazıq, kasıb adamam, burada mənim sözüm keçmir”. Dedim, axı kiçik bir restoran belə monopoliya edə bilməz. Ataya dedim ki, axı sən bizim uğrumuzda sağlamlığını itirmisən. Bu ölkənin polisi və hüquq-mühafizə orqanları var. Belə olmaz”.

Ətraflı videoda: