Bakıda qadın gecə klubunda bıçaqlandıbackend

Bakıda qadın gecə klubunda bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb.
O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.